Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

26.05.2026 [10:53]

Xəbərin mətni

Qarabağ işğal olunanda mən də ailəmlə bərabər doğma yurdumu tərk etməli oldum. Bakıya gəldik və yataqxanada məskunlaşdıq. Əlbəttə, o dövrlər çox çətin illər idi. Lakin məskunlaşdıqdan sonra dövlətimizin diqqət və qayğısı sayəsində yaxşı yaşadıq. Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Mahir Quliyev deyib.