Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq

29.05.2026 [11:37]

Xəbərin mətni

Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Bu cür nəqliyyat vasitələrindən istifadə zamanı isə qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur. Onlar əks istiqamətdə hərəkət etməməli, svetoforun qadağanedici siqnalı yandıqda dayanmalıdırlar. Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər.