Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi

29.05.2026 [14:55]

Xəbərin mətni

Elə ki, baharın təmtəraqlı, güllü-çiçəkli may ayı yurdumuza qədəm qoyur, hər bir naxçıvanlının süfrəsini yaşıl donlu, turşməzə dadı ilə seçilən göycə bəzəyir. Ümummilli Lider Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi, muxtar respublikanın brendinə çevrilən bu nemətin yetişdirilmə ənənələri qədim dövrlərə gedib çıxır. İriliyinə, dadına və digər xüsusiyyətlərinə görə fərqlənən müxtəlif növləri olan göycə Naxçıvanda əsrlərdir xalq seleksiyaçıları tərəfindən becərilir. Bu gün demək olar ki, hər həyətdə ən azı 2-3 göycə ağacına rast gəlmək mümkündür.