bp: Azərbaycanda yaradılan süni intellekt əsaslı həllər beynəlxalq bazarlara çıxır
02.06.2026 [11:59]
Xəbərin mətni
Bakı enerji sənayesi üzrə peşəkar potensialı və texnoloji imkanları sayəsində yeni qlobal enerji mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.