Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir

03.06.2026 [18:37]

Xəbərin mətni

Döyüş əməliyyatlarının aktiv mərhələsinin dayandırılmasından danışarkən başa düşməliyik ki, bu, Ukraynada nəzərdən keçirilə biləcək ssenarilərdən yalnız biridir. Bu ssenarinin reallaşmasına çoxsaylı amillər təsir göstərə bilər. Bunların arasında Ukraynanın tərəfdaşları tərəfindən Kiyevə etibarlı təhlükəsizlik təminatlarının verilməməsi də var. Moskvanın mövqeyi, bu müharibəni atəşkəs və real sülhlə başa çatdırmaq istəməməsi də həmin ssenariyə təsir edə bilər. Bunu AZƏRTAC-a Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin baş analitiki Anton Zemlyanin bildirib.