İran yenidən İsrailə hava zərbələri endirib
08.06.2026 [12:28]
Xəbərin mətni
İran İslam Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri endirməyə başlayıb. İran tərəfi hava zərbələrinin İsrailin Livanın cənubunda yenidən keçirdiyi hərbi əməliyyatlara cavab olaraq etdiyini bildirib. Bu, tərəflər arasında aktiv əməliyyatların dayandırılmasından sonra edilən ilk birbaşa zərbədir. AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, SEPAH hava zərbələrinin bir həftə davam etdirə biləcəyini bildirib.