Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib
08.06.2026 [17:34]
Xəbərin mətni
İmişli rayonunda 11-ci sinif şagirdi Araz çayında boğulub, əraziyə dalğıclar cəlb olunub. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.