Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

15.06.2026 [12:11]

Xəbərin mətni

Türkmənistanın səfiri kimi Qarabağa qonaqlarımızla birlikdə dəfələrlə səfər etmişəm. Hər dəfə burada aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri ilə yaxından tanış olmuşam. Deyə bilərəm ki, Qarabağda həqiqətən də çox böyük işlər görülüb. Bu, qardaş Azərbaycanın iqtisadi inkişafının, dövlət siyasətinin uğurla həyata keçirilməsinin əyani göstəricisidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.