Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək
16.06.2026 [12:26]
Xəbərin mətni
Amerika Birləşmiş Ştatları ilə İran arasında sülhün əldə olunmasının dünyanın siyasi və iqtisadi durumuna təsir edəcəyi qaçılmazdır. Bu sırada Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına diqqətin artacağı real görünür. Ukraynalı ekspert İvan Us AZƏRTAC-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə münaqişənin tənzimlənməsi Ukrayna proseslərinə öz müsbət təsirini göstərə bilər.