Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var
23.06.2026 [18:13]
Xəbərin mətni
Mil-Muğan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafı üçün geniş suvarma infrastrukturu yaradılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə bildirib.