Roda Arrindell: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə sadiqdir
25.06.2026 [18:22]
Xəbərin mətni
Karib regionunda yaşayan insanlar olaraq bəzən xəbərlərdən və ya tarix kitablarından müəyyən hadisələr haqqında məlumat alırıq. Ancaq bu cür konfranslarda insanların öz hekayələrini dinləyəndə onların yaşadıqlarını, hisslərini və ağrılarını daha dərindən anlayırsan. Bu sözləri AZƏRTAC-a açıqlamasında “One Sent Martin” Assosiasiyasının prezidenti Roda Arrindell deyib. O bildirib ki, başqalarının hekayələrini eşitdikcə məlum olur ki, onlar mübarizələrində tək deyil.