Qazaxıstan Prezidentinin müşaviri: Bakıdakı beynəlxalq tədbir Türk dünyasının birliyinə mühüm töhfə verəcək
29.06.2026 [17:14]
Xəbərin mətni
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Bakıda keçirilən beynəlxalq tədbir Türk dünyasının elmi-mədəni əməkdaşlığının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır və gələcək inteqrasiyaya mühüm töhfə verəcək. Bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev deyib.