Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanlı mütəxəssis: Bakıda Birinci Türkoloji Qurultayda səslənən ideyalar bu gün gerçəyə çevrilir

30.06.2026 [13:12]

Xəbərin mətni

Yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay sadəcə elmi tədbir deyil, həm də bütün Türk dünyasının inteqrasiyasında tarixi dönüş nöqtəsidir. Bu qurultay XIX əsrin sonu – XX əsrin əvvəllərində türk ziyalılarının nə qədər güclü, həmrəy və uzaqgörən olduqlarını bütün dünyaya nümayiş etdirdi. Qurultay sadəcə elmi toplantı kimi tarixdə qalmadı. O, müasir Türk dünyasının inteqrasiya prosesində mühüm təməl daşına çevrildi. Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının mütəxəssisi Aynur Mayemerova deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI