Londonda Xəzər regionunda bağlantı və dayanıqlılıq məsələləri müzakirə olunub
01.07.2026 [11:18]
Xəbərin mətni
Londonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Xəzər regionunda bağlantılar: inkişaf və dayanıqlılıq” mövzusunda konfrans keçirilib. Tədbirdə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Olderdays, Azərbaycan, Türkiyə, Gürcüstan və Özbəkistanın Böyük Britaniyadakı səfirləri, digər region ölkələrinin diplomatik nümayəndələri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, biznes dairələrinin və ekspert icmasının təmsilçiləri iştirak ediblər.