Türk alim: Türkologiyada müasir texnologiyalardan geniş istifadə edilməlidir
02.07.2026 [17:25]
Xəbərin mətni
Birinci Türkoloji Qurultay 1926-cı ilin fevralın 26-da Bakıda keçirilmişdi. Bu, türkologiya tarixində çox mühüm bir addım idi. Əvvəllər fərdi və şəxsi tədqiqatlar kimi aparılan türkologiya araşdırmaları Bakıda keçirilən bu qurultayla ilk dəfə institusional bir quruluş qazandı. Bu barədə Hacettepe Universitetinin müəllimi, Türkiyə Türk Dil Qurumunun sabiq sədri, AMEA Nəsimi adına Dilçilik İnstitutunun və Sumqayıt Dövlət Universitetinin fəxri doktoru professor Şükrü Haluk Akalın deyib.