Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir
02.07.2026 [18:01]
Xəbərin mətni
Azərbaycan-Avropa İttifaqı münasibətləri tarixinin ən mühüm mərhələsindədir. Ötən bir neçə ay ərzində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, İttifaqın ali nümayəndəsi Kaya Kallasın, eləcə də, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfərləri Azərbaycan və Avropa İttifaqı arasında fəal dialoqun mövcudluğundan xəbər verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən gün mətbuata bəyanatı zamanı bu məsələyə toxundu. Ölkə başçısı bəyan etdi ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur.