Oleksandr Mişenko: Ukrayna-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa tam uyğundur
03.07.2026 [10:47]
Xəbərin mətni
Ukrayna və Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin hazırkı statusuna - strateji tərəfdaşlığa tam uyğundur. Strateji tərəfdaşlıq o deməkdir ki, biz hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycanın torpaqlarını azad etməsini və ərazi bütövlüyünün bərpasını alqışlayırıq. Ukrayna da öz ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır. Bu fikirləri Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko söyləyib.