Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevə hava hücumu zamanı doqquz mərtəbəli bina çöküb - AZƏRTAC-ın hadisə yerindən reportajı

06.07.2026 [11:33]

Xəbərin mətni

Rusiya ordusunun iyulun 6-na keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 20-ə yaxın yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Podol rayonunda yerləşən doqquz mərtəbəli binada baş verib.