Münaqişə bölgələrində olan 600-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb
08.07.2026 [15:37]
Xəbərin mətni
Dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etdiyi ərazilər mövcuddur. Bu baxımdan Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, hər hansı fövqəladə hadisə baş verdiyi təqdirdə olduqları ölkənin və ya ərazinin rəsmi qurumlarının xəbərdarlıqlarına əməl etməlidirlər. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.