Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Bayramov: Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq

09.07.2026 [11:09]

Xəbərin mətni

Delimitasiya prosesi və demarkasiya istiqamətində iş davam edir. Bunun üçün hər iki ölkə tərəfindən xüsusi komissiyalar yaradılıb. Komissiyalara Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət bu komissiyaların fəaliyyəti mütəmadi şəkildə davam etdirilir. Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.