Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Zəngəzur dəhlizi ilə bağlı sənədlərin hazırlanması prosesi gedir

09.07.2026 [11:26]

Xəbərin mətni

Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir. Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.