Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zelenski və Trampın Ankara görüşündən gözləntilər

09.07.2026 [11:54]

Xəbərin mətni

NATO-nun Ankarada keçirilən zirvə sammitində əsas müzakirə olunan məsələlərdən birinin Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı olacağı gözlənilən idi. Xüsusilə prezidentlər Donald Trampla Volodimir Zelenski arasında baş tutan görüş dünya siyasi arenasında diqqətlə izlənildi. Ukraynalı ekspert İvan Us AZƏRTAC-a açıqlamasında NATO-nun Ankara sammitində müzakirə olunan məsələlərin, qəbul olunan qərarların Ukrayna üçün müsbət nəticələr verəcəyini düşünür.