Azərbaycan Dövlət İnformasiya Agentliyi

EPF prezidenti: Bakıda keçirilən bilyard üzrə Avropa çempionatı iştirak etdiyimiz ən yaxşı turnirlərdən biridir

09.07.2026 [17:51]

Xəbərin mətni

Bakıdakı yarış son illərdə iştirak etdiyimiz ən yüksəksəviyyəli turnirlərdən biridir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Piramida Federasiyasının (EPF) birinci vitse-prezidenti və Ukrayna Bilyard Federasiyasının vitse-prezidenti Andrey Zaostrovtsev Bakıda keçirilən sərbəst piramida üzrə Avropa çempionatı barədə danışarkən deyib.