Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə mühüm töhfə verib
11.07.2026 [16:40]
Xəbərin mətni
Son üç il ərzində beynəlxalq müstəvidə dekolonizasiya prosesinə mühüm töhfə verən tərəflərdən və təşkilatlardan biri Bakı Təşəbbüs Qrupudur. AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib. O bildirib ki, təşkilat son üç ildə həyata keçirdiyi fəaliyyət nəticəsində dünya ictimaiyyətini kolonial cinayətlər, müstəmləkəçilik siyasətinin fəsadları və dekolonizasiya prosesinin gedişi barədə daha geniş məlumatlandırmağa nail olub.