Prezident: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu
13.07.2026 [11:19]
Xəbərin mətni
Bayden senator olanda o, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu. Onun regionla bağlı baxışı bu idi - region parçalanmalı idi, münaqişələr içərisində olmalı idi, qarşıdurma olmalı idi. Əlbəttə ki, belə olan şəraitdə məqsədlərə nail olmaq daha asan olur. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.