Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa qlobal media gündəliyinin müzakirə olunduğu məkana çevrilib

13.07.2026 [15:28]

Xəbərin mətni

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən Qlobal Media Forumuna ev sahibliyi edir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunurlar.