Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

13.07.2026 [16:54]

Xəbərin mətni

Şuşa Qlobal Media Forumunda ilk dəfədir ki, iştirak edirəm. Burada Prezident İlham Əliyevi dinləmək fürsəti əldə etdim. Bu baxımdan, bir jurnalist kimi bizim üçün bu gün çox möhtəşəm və əlamətdar oldu. Bunu AZƏRTAC-a müsahibəsində IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, keniyalı jurnalist Elizabeth Mutuku söyləyib.