Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Zeynalov: Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır

13.07.2026 [17:27]

Xəbərin mətni

"Media haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və “Uşaqların zərərli informasiyadan qorunması” qanunlarında bir sıra dəyişiklik edilir. Proses artıq son mərhələdədir. Qanunvericiliyin məqsədi məhdudlaşdırma tədbirləri keçirmək deyil, uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.