Fərid Zeynalov: İnformasiya təhlükəsizliyi ictimai sabitliyin və inkişafın ayrılmaz hissəsidir
13.07.2026 [17:32]
Xəbərin mətni
İndiki dövrdə artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, bu eyni zamanda, dövlətlərin milli təhlükəsizlik komponenti, ictimai sabitliyin və inkişafın ayrılmaz hissəsinə çevrilib. Bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.