Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karen Sazerlend: Süni intellektin qaranlıq tərəfləri də var

13.07.2026 [17:38]

Xəbərin mətni

Süni intellektlə bağlı ən vacib məsələlərdən biri insanların nəyin həqiqi, nəyin isə saxta olduğunu ayırd edə bilməsidir. Bu gün bunu xüsusilə videolarda və deepfake texnologiyalarında görürük. Eyni hal səs yazılarında da müşahidə olunur. Yəni, bundan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bunu sosial media üzrə təlimçi və tədqiqatçı Karen Sazerlend iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.