Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: D-8-ə üzvlük Azərbaycan üçün çox önəmlidir

13.07.2026 [20:05]

Xəbərin mətni

Azərbaycan D-8-ə üzvlüyə çox önəm verir. Bütün D-8 üzvlərinə bu təşəbbüsü dəstəklədikləri üçün təşəkkür edirəm. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatında çıxışı zamanı deyib.