Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib Sohail Mahmud: D-8-in missiyası yeni əhəmiyyət qazanıb

13.07.2026 [20:06]

Xəbərin mətni

D-8-in 1997-ci ildə yaradıldığı dövrlə müqayisədə dünya əsaslı şəkildə dəyişib. Dünyada təkqütblülük artıq keçmişdə qalıb. Biz çoxqütblülüyə doğru güclü meylin şahidi oluruq. AZƏRTAC xəbər verir ki, bunu D-8 Təşkilatının Baş katibi Sohail Mahmud iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatında çıxışı zamanı deyib.