Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur
17.07.2026 [21:01]
Xəbərin mətni
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur və sülh prosesinin qalan mərhələlərinin başa çatdırılması Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı təmin edəcək. AZƏRTAC xəbər verir ki, Azərbaycan xarici işlər naziri bu açıqlamanı Moskvada aparılan danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında verib.