Azərbaycanın əlverişli mənzil təminatı sahəsində təcrübəsi BMT-də təqdim olunub
17.07.2026 [21:24]
Xəbərin mətni
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir daha təsdiqlədi ki, mənzil insan ləyaqətinin təməli və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələrindən biridir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-də Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclas çərçivəsində təşkil edilən 1-ci çoxtərəfli tərəfdaşlar panelində çıxışı zamanı səsləndirib.