Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Neftçi"nin baş məşqçisi: Ümid edirəm ki, sabah üstün tərəf biz olacağıq

21.07.2026 [17:36]

Xəbərin mətni

Klubumuzun böyük tarixi var. Mən isə “Neftçi”də ilk dəfə baş məşqçi kimi Konfrans Liqasında iştirak edəcəyəm. Bu baxımdan sabahkı oyun həm mənim, həm də komanda üçün çox əhəmiyyətlidir. AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Dinamo” (Minsk, Belarus) komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.