Bu gündən etibarən un və çörək əvvəlki qiymət ilə satılır
15.01.2016 [18:04]
Xəbərin mətni
Bu gündən etibarən Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə verilib.