Astanada Azərbaycan ədəbiyyatı guşəsi - Oxucular ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar
30.07.2026 [12:58]
Xəbərin mətni
Qazaxıstanın Milli Akademik Kitabxanası yalnız böyük bilik mərkəzi deyil, eyni zamanda, müxtəlif xalqların mədəniyyəti ilə tanışlıq üçün mühüm məkandır. Burada Azərbaycan ədəbiyyatı guşəsi fəaliyyət göstərir. Guşədə bədii əsərlərlə yanaşı, ölkənin tarixi, dövlətçilik ənənələri və müasir inkişafı haqqında nəşrlər təqdim olunur.