Qəbələ Beynəlxalq Musiqi Festivalında Avstriya və Vyetnamdan gələn tanınmış pianoçular çıxış ediblər
02.08.2026 [11:28]
Xəbərin mətni
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilən, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçilərinin Azərbaycanın bu qədim bölgəsində bir araya gələrək ifalarını təqdim etməsi artıq ənənə halını alıb.