Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb
02.08.2026 [15:52]
Xəbərin mətni
Bu torpaqlarda (Qarabağ və Şərqi Zəngəzurda – red.) azərbaycanlıların böyük tarixi izi, zəngin mədəni irsi var. Bu mədəni irs 30 illik işğal dövründə böyük talanlara və dağıntılara məruz qalıb. Bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.