Türk jurnalistlər Ağdam, Şuşa, Laçın və Xankəndini ziyarət edəcəklər
03.08.2026 [16:32]
Xəbərin mətni
Türkiyənin nüfuzlu media qurumlarını təmsil edən, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə yazıları və reportajları ilə Türkiyə–Azərbaycan qardaşlığını nümayiş etdirən dəyərli media nümayəndələri bu gün bizimlə birlikdədir. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar söyləyib.