Nazir: Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq
04.08.2026 [14:27]
Xəbərin mətni
Son 30 ilin nəticələrinə nəzər saldıqda isə İsveçrədən Azərbaycana 1,6 milyard ABŞ dolları, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırıldığı görünür. Bu göstəricilər investisiya əməkdaşlığında kifayət qədər balanslı yanaşmanın formalaşdığını nümayiş etdirir. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.