Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır

04.08.2026 [14:33]

Xəbərin mətni

Bu ilin payızında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda, Komissiyanın iclası çərçivəsində və ya ona yaxın tarixdə biznes dairələrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə Birgə Biznes Forumunun keçirilməsi də faydalı ola bilər. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.