2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır
04.08.2026 [14:46]
Xəbərin mətni
Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri yüksək sürətlə yerinə yetirir. İlk növbədə, dəmir yolu xətlərinin çəkilməsi və avtomobil yolu layihələrinin icra səviyyəsi artıq kifayət qədər yüksəkdir. 2027-ci ilin əvvəlinədək hər iki layihənin Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.