Qanlı Yanvar hadisələri ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib
20.01.2016 [10:14]
Xəbərin mətni
Ölkəmizin ABŞ-dakı səfirliyi Qanlı Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar Vaşinqtonda anım mərasimi təşkil edib.
Paytaxt Vaşinqton və ətraf bölgələrdə yaşayan soydaşlarımızın, eləcə də yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən mərasimdə 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə barədə məlumat verilib, əliyalın insanların gülləboran edildiyi bildirilib.