Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avqustun ortasında qar və dağ çiçəkləri: Kəlbəcər yaylaqlarından

13.08.2026 [11:39]

Xəbərin mətni

Təqvim avqust ayını göstərsə də, Kəlbəcər yaylaqlarında təbiət sanki fəsillərin sərhədini tanımır. Bir tərəfdə al-əlvan çiçəklərə bürünmüş yaşıl çəmənlər, digər tərəfdə isə hələ də əriməyən qar və buzlaqlar... Burada yay ortasında belə baharın təravəti ilə qışın izləri eyni mənzərədə qovuşur.