Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq
17.08.2026 [10:37]
Xəbərin mətni
Uzun illər həsrətlə gözlənilən qayıdış artıq arzudan gerçəyə çevrilir. Şuşanın Qaladərəsi, Cəbrayılın Güneyxırman və Quzeyxırman kəndlərinə köç edən sakinlər ata-baba torpaqlarına dönərək doğma yurdlarında yeni həyat qurmağa başlayırlar. Şuşa rayonunun Qaladərəsi kəndinə köçənlər arasında Orxan Qasımov da var. Onun üçün bu köç, bu qayıdış böyük mənəvi anlam daşıyır.