Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır

28.08.2026 [14:00]

Xəbərin mətni

Qida allergiyası immun sisteminin bəzi qidaların tərkibindəki zülallara qarşı həddindən artıq reaksiyası nəticəsində yaranan allergik vəziyyətdir. Qida allergiyası zamanı orqanizm müəyyən qida zülallarını təhlükə kimi qəbul edir və buna cavab olaraq allergik reaksiyanı inkişaf etdirir. Süd, yumurta, yerfındığı, qoz, fındıq, buğda, soya, balıq, dəniz məhsulları və küncüt allergik reaksiyalara daha çox səbəb olan qidalar sırasında yer alır.