SİYASƏT


Romada IV Qlobal Bakı Forumuna hazırlıq görüşü keçirilir

Yanvarın 27-də Romada IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü işə başlayıb. İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Senatda keçirilən və dünyanın bır sıra nüfuzlu liderlərini bir araya gətirən tədbir “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunub.