Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli ekspert: Azərbaycan Prezidentinin ŞƏT sammitlərində iştirakı Bakının bu platformaya sadiqliyini göstərir

01.09.2026 [15:18]

Xəbərin mətni

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqəsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji yaxınlaşmasını təmsil edir. Prezident İlham Əliyevin son sammitlərdə, o cümlədən Tiencin sammitində fəal iştirakı Bakının bu platformaya güclü sadiqliyini göstərir. Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında “China Briefing” nəşrinin təsisçisi, siyasi şərhçi Şen Şivey deyib.