Britaniyalı ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı mərkəzinə çevrilir
01.09.2026 [15:44]
Xəbərin mətni
Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, Türkiyə və Avropa arasında əlaqələndirici ölkə kimi rolu getdikcə güclənir. Britaniyalı jurnalist və ekspert Neil Vatson bu fikirdədir. O, AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin Qırğızıstana səfərini Avrasiyada baş verən daha geniş strateji dəyişikliklərin bir hissəsi kimi qiymətləndirib.